Bu küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılır

12 Dekabr 2016 09:03 (UTC+04:00)

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu gün səhər saat 08:00-dan tədbir tam başa çatanadək Fəxri Xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Həmçinin, ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

M.Ağayev bildirib ki, sürücülərdən və avtomobil sahiblərindən xahiş edilir ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Həmçinin, mənzil başına çatmaq üçün sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur. Ulu Öndərin məzarını ziyarətə gələnlərdən isə ictimai nəqliyyatdan istifadə etməyə üstünlük vermələri xahiş olunur.