Azərbaycanda 600-dən çox vaqonun hərəkətində ləngimə

12 Dekabr 2016 10:14 (UTC+04:00)

"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Gürcüstan Dəmir Yolu" SC-nin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, oktyabrın 20-dən etibarən Xəzər dənizində müşahidə olunan anormal hava şəraiti səbəbindən Azərbaycandan Qazaxıstan istiqamətində daşımalar 16 sutkalıq çətinləşib: "Nəticədə həm Gürcüstanın, həm də Azərbaycanın dəmir yollarında sıxlıq yaranıb. Dekabrın 7-ə olan məlumata əsasən, hər iki ölkənin dəmir yollarında 1045 bərə vaqonu qalıb ki, bundan 602-si Azərbaycan ərazisində, 443-ü isə Gürcüstan ərazisindədir. Rəqəmlər hər gün artım baş verməkdədir".

Bildirilib ki, problemin aradan qaldırılması üçün "Gürcüstan Dəmir Yolu" SC "Azərbaycan Dəmir Yolları" QSC ilə koordinasiyalı şəkildə işləyir.

AzNews.az