Məşhurlar Heydər Əliyevi belə yad etdilər

12 Dekabr 2016 10:39 (UTC+04:00)

Həmişəki ənənələrinə sadiq qalan Azərbaycanın tanınmış sənət adamları Heydər Əliyevi yad edib. Onlar sosial şəbəkədə mərhum prezident Heydər Əliyevlə bağlı ürək sözlərini yazıblar.

AzNews.az həmin sənət adamlarının Heydər Əliyevlə bağlı şərhlərini təqdim edir:

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllibova:



"Allah rəhmət eləsin. Azərbaycanın ən dəyərli sərvəti, ölməz liderimiz."

Xalq artisti Nazpəri Dostəliyeva:



"Ümummilli liderimiz Heydər Əliyevin ölümündəm 13 il keçir. Dahilər heç zaman ölmür. Adı daima anılacaq, Allah rəhmət eləsin."

Əməkdar artist Roya:



"Mənim liderim, mənim qürurum. Azərbaycanın unudulmaz şəxsiyyəti, bizim üçün sən ölmədin, ruhunuz şad olsun."

Əməkdar artist Murad Dadaşov:



"Azərbaycan tarixinin danılmaz lideri, şəxsiyyətini xalqı ilə bütünləşdirən "böyük" ünvanını əməllərinin mahiyyəti ilə təsdiqləyən dahi rəbər- Heydər Əliyevin vəfatından 13 il kecir. Bu tarixi sayqı ilə anırıq."

Əməkdar artist Aybəniz Haşımova:



"Ölməz tarix. 12 dekabr dahi Heydər Əliyevin bizi tərk etdiyi gündür. Biz onu çox axtaracayıq hələ."

Əməkdar artits Lalə Məmmədova:



"Sevgi və hörmətlə anırıq."

Rəqsanə:



"Allah rəhmət eləsin, Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, Azərbaycanlıyam. Nur içində yatın Azərbaycanın qurucusu."

AzNews.az