Polis Akademiyasının kursantını avtomobil vurdu

12 Dekabr 2016 12:06 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü Bakı şəhər sakini Cabbarov Vüqar Xəyyam oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobillə yolu keçən 21 yaşlı Sultanov Davud Rövşən oğlunu vurub. D.Sultanov Daxili İşlər Nazirliyi (DİN) Polis Akademiyasının 3-cü kurs tələbəsidir. O, DİN-in Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

AzNews.az