Tovuz sakini bıçaqlandı - qətlə yetirən şəxs saxlanıldı - Yenilənib

12 Dekabr 2016 17:56 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Yanıqlı kənd sakini, 1973-cü il təvəllüdlü Rüfət Əliyevi bıçaqlayaraq qətlə yetirən şəxs, onun həmkəndlisi, 1964-cü il təvəllüdlü Ramiz Nəcəfov saxlanılıb.

İlkin məlumata görə, hər iki şəxs bir yerdə yeyib içdikdən sonra sərxoş vəziyyətdə mübahisə ediblər və sonda qətl törədilib.

***
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Yanıqlı kənd sakini, 1973-cü il təvəllüdlü Rüfət Əliyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onun bıçaqlandığı bildirilsə də, hadisəsinin kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az