Qadını oteldə ürəyindən vurdular - Masallıda

12 Dekabr 2016 20:47 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, təqribən 21-22 yaşlarında olan Röya Novruz qızı Hüseynova ürək nayihəsindən bıçaq zərbəsi alıb.

O, Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Mərhumun həyat yoldaşı tərəfindən qətlə yetirildiyi ehtimal olunur və şübhəli şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb.