Azərbaycanda fasiləsiz valyuta dəyişmək mümkün olacaq

12 Dekabr 2016 21:02 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, "Silk Way" bankı avtomatik valyuta mübadiləsi terminallarının quraşdırılmasına başlayıb.

Hazırda ilk terminal test rejimində bankın baş ofisində işləyir. "Silk Way"-dən verilən məlumata görə, bu terminal vasitəsi ilə birdəfəyə yüz dollardan çox olmayaraq valyuta dəyişmək mümkündür. Bununla belə, yaxın zamanlarda terminal tam rejimdə çalışacaq və məhdudiyyət aradan qaldırılacaq.