“Qızıl top”un sahibi bəlli oldu

12 Dekabr 2016 23:09 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, France Football nəşri "Qızıl topu" üçün səsvermənin nəticələrini açıqlayıb. Mükafat Avropada çıxış edən ən yaxşı futbolçuya verilir.

Bu dəfə nüfuzlu mükafatın sahibi Real Madrid klubunun ulduz hücumçusu Kriştianu Ronaldodur.

Ronaldo 2016-cı ildə Real Madridin tərkibində Çempionlar liqasını qazanıb. Turnirin ən yaxşı bombardiri seçilib. Bununla yanaşı Portuqaliya millisi ilə Avropa çempionatında qalib gəlib.

Le vainqueur du Ballon d'Or France Football 2016 : CRISTIANO RONALDO #ballondor pic.twitter.com/IP5J2s7pqk

— France Football (@francefootball) December 12, 2016