ABŞ-ın terrorçular siyahısına daha bir ƏLAVƏ

11 Dekabr 2012 09:54 (UTC+04:00)
ABŞ Suriyadakı Nüsrət Cəbhəsi adlı təşkilatı terrorçular siyahısına daxil edib. Obama hökuməti bunun səbəbini həmin təşkilatın "Əl-Qaidə" ilə əməkdaşlıq etməsi ilə əlaqələndirib. Həmçinin, adıçəkilən təşkilatla bağlı Suriya müxalifəti ilə işbirliyi barədə də qərar qəbul edilib.

ABŞ Dövlət Departamenti təşkilatın ölkədəki bütün əmlakının, bank hesablarının dondurulduğu barədə məlumat açıqlayıb. Amerikalılara bu qrupla hər hansı ticarət əməliyyatı aparması yasaqlanıb.

Elnarə Əlosmanqızı
AzNews.az