Azərbaycanda növbəti güclü zəlzələ - 4.5 bal (Yenilənib)

13 Dekabr 2016 10:08 (UTC+04:00)

Respublika Seysmoloji Xidmət Mərkəzindən AzNews.az-a verilən məlumata görə, yerli vaxtla saat 04:33-də Pirquludan 13 km şimal-qərbdə 4.5 bal gücündə olan zəlzələ İsmayıllı rayonu ərazisində qeydə alınıb.

Dərinliyi 9 km olan zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.


***
09:56


İsmayıllı rayonunda 4.4 bal gücündə zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən AzNews.az-a verilən məlumata görə, yerli vaxtla saat 04:32-də Pirquludan 15 km şimal-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Dərinliyi 8 km olan zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.