Bakıda yataqxanada yanğın

13 Dekabr 2016 09:42 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində ümumi sahəsi 15 m2 olan mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.