Şadlıq sarayının qarşısında maşın piyadanı vurdu - Bakıda

13 Dekabr 2016 11:12 (UTC+04:00)

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu ərazisində, Gəncə prospektindəki "Fəridə" şadlıq sarayının qarşısında baş verib. Gecə saatlarında "Hyundai" markalı minik avtomobili restoranının qarşısında yola çıxan 35-40 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya aparılsa da, artıq gec olub.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az