Riki Martin kişi sevgilisi ilə qırmızı xalçada

13 Dekabr 2016 12:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 44 yaşlı müğənni Riki Martin "Ulduz müharibələri" filminin premyerasına 8 yaşlı oğlu Matteo və Valentin, londonlu rəssam sevgilisi Cvan Yozeflə qatılıb.

Uşaqların öz atalarından bir addım da kənara çəkilmədiyi müşahidə olunub.

2010-cu ildə homoseksual olduğunu rəsmən təsdiq edən Riki Martin sevgilisi Cvanla artıq bir ildir ki, görüşür. Ötən ay gey-cütlük nişanlanaraq toya hazırlaşdıqlarını bəyan etdilər.

2008-ci ildə Riki Martinin surroqat anadan iki əkiz oğlu dünyaya gəlib.