Masallıda dəhşətli qətlin - Təfərrüatları

13 Dekabr 2016 13:09 (UTC+04:00)

Rayon sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, ərla arvad boşandıqdan sonra kişi Salyan rayonunda yaşayıb:

"Qadın isə Masallıda yaşamağa qərar verib. Qadın Masallıda mebel mağazasında satıcı işləyib. Oteldə görüşdüyü şəxs də mebel biznesi ilə məşğul olub."

Sakinlərin bildirdiyinə görə, ər arvadından boşansa da, onu izləməkdə davam edib:

"Kişi dünən otelə basqın edərək onu başqa bir kişi ilə tutub və elə oradaca arvadını öldürüb."


Hadisə dekabrın 12-də Masallıdakı otellərin birində baş verib. 41 yaşlı Salyan rayon sakini keçmiş arvadını bıçaqla qətlə yetirib.

Qadının 22 yaşı olduğu deyilir. İlkin məlumata görə, hadisə ailə münaqişəsi və qısqanclıq zəminində baş verib.

Masallı rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər.

Bahar RÜSTƏMLİ
AzNews.az