Prezidentdən icra başçısı ilə bağlı - Sərəncam

13 Dekabr 2016 15:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Yaşar Qəhrəman oğlu Məmmədov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Yaşar Məmmədov 2010-cu ilin aprel ayından 2015-ci ilin yanvar ayına kimi Ucar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2015-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.