Yüzlərlə adamın həyatına bais olan İŞİD komandirləri məhv edildi

13 Dekabr 2016 20:45 (UTC+04:00)

APA-nın "TASS"a istinadən verdiyi xəbərə görə, bunu ABŞ müdafiə naziri Eşton Karter bildirib. ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyaya endirdiyi aviazərbə nəticəsində İŞİD terror qruplaşmasının üç komandiri məhv edilib. Öldürülən terrorçulardan ikisi Sahal Qurmat və Sami Cedu ötən ilin noyabrın 13-də Parisdə törədilən terror aktları ilə birbaşa əlaqəli olub.

Əməliyyat dekabrın 4-də Rəqqa şəhəri yaxınlığında keçirilib. Üçüncü məhv edilmiş terrorçu Valid Həmmam Belçikada 2015-ci ildə qarşısı alınmış terror aktının təşkilatçısı olub.

Qeyd edək ki, 2015-ci ilin noyabrın 13-də törədilən terror aktları nəticəsində 130 nəfər ölüb, 350 nəfər yaralanıb.