Tramp yeni naziri açıqladı

13 Dekabr 2016 22:51 (UTC+04:00)

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Nyu-Yorkda D.Tramp və R.Perri arasında görüş keçirilib. Bundan əvvəl qeyd olunan vəzifəyə R.Perridən başqa, senator Co Mançin və sərmayəçi, Trampın şirkətinin sponsoru Rey Uoşbernin namizədliyinin irəli sürülməsi barədə fikirlər səsləndirilib.

Qeyd edək ki, Rik Perri ABŞ prezidenti postuna Respublikaçılar partiyasından namizədliyini irəli sürmüşdü, lakin sentyabrda namizədliyini geri götürüb.

AzNews.az