47 yaşlı qadını avtobus vurdu

14 Dekabr 2016 10:34 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, metronun "Koroğlu" stansiyasının yaxınlığında dayanacaqda avtobus gözləyən 1969-cu il təvəllüdlü Qasımova Vəsilə Yaşar qızı səkidən yerə düşüb. Bu zaman sürətlə gələn 60 nömrəli sərnişin avtobusu V.Qasımovanı vurub. O, xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az