“Bu səfərin Azərbaycan üçün yalnız müsbət tərəfləri ola bilər” - Şərh

14 Dekabr 2016 11:18 (UTC+04:00)

Bu barədə Trend-ə siyasi ekspert Arzu Nağıyev deyib.

Ekspertin fikrincə, B.Netanyahunun səfəri zamanı müzakirə ediləcək əsas məsələlərdən biri də İsrail-Fələstin qarşıdurmasında Azərbaycanın rolunun qabardılması olacaq:

"Bu gün Azərbaycan tolerant, multikultural dövlət kimi bu münaqişənin həll olunmasına yardım etməyə hazırdır. İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan İsraillə dost dövlətlərdir. Azərbaycan və İsrail bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatı, hərbi-texniki, nanotexnologiyalar sahələrində sıx əməkdaşlıq edirlər".

A.Nağıyev hesab edir ki, Baş nazirin səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparıla bilər: "Ümumiyyətlə, bu səfərin Azərbaycan üçün yalnız müsbət tərəfləri ola bilər".

O əlavə edib ki, bir sıra qonşu ölkələr Azərbaycan-İsrail yaxınlaşmasını o qədər də müsbət dəyərləndirmirlər: "Təbii ki, bu siyahıda Ermənistan birinci sıradadır".

İranın bir sıra rəsmilərinin bu səfərlə bağlı narahatlığına gəlincə isə ekspert qeyd edib ki, Azərbaycanın öz siyasi dəst-xətti var, öz dövlət siyasəti var: "Bu, balanslı siyasətdir. Azərbaycan bütün dövlətlərlə dostluq şəraitində yaşamaq istəyir".

AzNews.az