“Oğlanlarım məni evə buraxmırdılar” - Özünü yandıran kişi

14 Dekabr 2016 12:29 (UTC+04:00)

Respublika Yanıq Mərkəzindən AzNews.az-a verilən məlumata görə, Xudaverdi Musayev bu haqda özü məlumat verib. O, həkimlərə ailə üzvləri arasında tez-tez münaqişə olduğunu bildirib. Xudaverdi Musayev həmçinin yaşadığı evə buraxılmamasını deyib:

"Xəstə deyir ki, oğlanları onu yaşadığı evə buraxmırmış. O, da onların bu hərəkətinə görə özünü yandırıb".

Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ev 41-də yaşayan 58 yaşlı Xudaverdi Musayev üzərinə bezi tökərək özünü yandırıb. Xəstə Respublika Yanıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Bahar RÜSTƏMLİ
AzNews.az