Avropa Olimpiya Oyunlarından gəlirimiz nə qədər olacaq?

11 Dekabr 2012 11:12 (UTC+04:00)
Təxmini hesablamalara görə, Azərbaycan Avropa Olimpiya Oyunlarından ümumilikdə 120-130 milyon avro gəlir əldə edəcək. Bunu mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir qeyd edib ki, oyunların yayım hüquqları Azərbaycana məxsusdur. Azərbaycan bu hüquqlarını Avropa Yayım Şurasına satacaq.

"Hesab edirəm ki, bu məbləğ 40-50 milyon avrodan az olmayacaq. Bundan başqa, sponsorlardan, billet satışından gələn gəlirlər də Azərbaycana veriləcək", - Rəhimov deyib.

AzNews.az