Rusiyalı politoloq Qəbələ RLS qərarını şərh etdi

11 Dekabr 2012 11:16 (UTC+04:00)
"Qəbələ radiolokasiya stansiyasının istismarının dayandırılması siyasi qərardır. Rusiya bu addımı atmaqla İran istiqamətindən təhlükə görmədiyinə işarə vurur". Bu açıqlamanı APA-ya ekspert, məşhur rusiyalı jurnalist, Rusiya Prezidenti yanında İctimai Palatanın üzvü Maksim Şevçenko verib.

"İstismarın dayandırılması göstərir ki, Rusiya İran istiqamətindən hər hansı təhdid görmür. Bu, İrana münasibətdə atılmış dostyana addımdır. Qəbələ RLS-in yalnız bir hədəfi vardı – SSRİ-yə cənub istiqamətindən hücumun qarşısını almaq. Azərbaycan ərazisində yerləşən bu stansiya İran istiqamətini nəzarətdə saxlayırdı. Bu gün Rusiya bu addımı ilə göstərir ki, İran bu ölkə üçün rəqib deyil və bu ölkədən hər hansı təhlükə gözlənilmir".

Xatırladaq ki, Rusiya dünən Azərbaycan Xarici İşlər Nazirliyinə Qəbələ RLS-in istismarının dayandırıldığına dair nota təqdim edib.

AzNews.az