Azad Rəhimov rektorları günahlandırdı

11 Dekabr 2012 11:29 (UTC+04:00)
Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə indiyədək 40 min "Azərbaycan tələbə kartı" paylanıb. Bunu gənclər və idman naziri Azad Rəhimov APA-ya açıqlamasında deyib. Nazir bildirib ki, ümumilikdə 190 min tələbə kartının paylanması gözlənilir.

A. Rəhimov təəssüflə deyib ki, ali təhsil ocaqları tələbə kartlarının əldə olunmasında fəallıq göstərmirlər: "Bu kartları hazırlamaq üçün şəkillər və siyahı lazımdır. İstərdik ki, ali təhsil müəssisələri bu prosesdə fəal olsunlar. Onlar bunu nə qədər tez təşkil etsələr, tələbə kartları da bir o qədər tez paylanacaq".

Nazir onu da qeyd edib ki, tələbə kartları dünya ölkələrində olan 80 min obyektdən (dəmir yolları, hotellər, aeroportlar və s.) 5 faizdən 50 faizədək güzəştlə yararlanmağa imkan verir.

AzNews.az