İnternetdən sifariş edilən mal müştəriyə qeyri-adi yolla çatdırıldı - Video

14 Dekabr 2016 21:06 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Amazon internet-mağazası ilk dəfə olaraq pilotsuz uçan aparatla sifarişi ünvana çatdırıb.

Pilotsuz təyyarə sifarişi dekabrın 7-də, cəmi 13 dəqiqəyə Britaniyada yaşayan Riçard adlı müştəriyə çatdırıb. Sifarişçi Amazondan Fire TV və popkorn paketi alıb.

Paylaşılan video-rolikdə dronun malın müştəriyə çatdırılma keçdiyi martşrut göstərilib. Yeni xidmət Prime Air adlanır. Sifarişlərin maximum 30 dəqiqə ərzində çatdırılması planlaşdırılır. Dron 120 m hündürlüyündə tamamilə səssiz uçur. 2,3 kq-a qədər çəkisi olan sifarişləri apara bilir.