Havanın kəskin pisləşməsi Quba-Xaçmaz yolunda zəncirvari qəzalara səbəb olub

14 Dekabr 2016 22:34 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, qəzalar günün ikinci yarısından sonra, yolun buz bağlaması nəticəsində qeydə alınıb.Qəza zamanı ciddi xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Qəzaların əksəriyyəti zəncirvari olub. Ən çox qəza Quba-Xaçmaz yolunun Zərdabi və Alekseyevka ərazilərindən keçən hissəsində qeydə alınıb. Burada çinar ağacları yola yaxın olduğundan, yoldan çıxan maşınlar ağaclara dəyərək qəza törədiblər.

Quba rayon Polis şöbəsindən "Report"a sürücülərə bununla bağlı xəbərdarlıq edildiyi bildirilib:

"Sürücülər diqqətli olsunlar və mümkün qədər əyləc sistemindən istifadə etməsinlər, həmçinin nasaz avtomobil ilə yola çıxmasınlar".