Milli reytinq agentlikləri yaradılacaq

15 Dekabr 2016 11:37 (UTC+04:00)

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanda maliyyə xidmətlərinin inkişafına dair strateji yol xəritəsində qeyd edilib.

Sənəddə deyilir ki, müvafiq qərara uyğun tədbirlər planı hazırlanacaq və icrasına başlanacaq. "Milli reytinq agentliklərinin olmaması ilə əlaqədar bu xidmətlər yalnız beynəlxalq reytinq agentlikləri tərəfindən göstərilir. Nəticədə, az sayda iri şirkət qeyd edilmiş xidmətlərə çıxış əldə edir", - deyə sənəddə bildirilir.

Strateji yol xəritəsinin Təbdirlər Planında isə qeyd edilib ki, milli reytinq agentliklərinin yaradılması 2018-2019-ci illərə təsadüf edə bilər.

AzNews.az