“Qarabağ münaqişəsinin həllində ATƏT-lə sıx əməkdaşlığı davam etdirəcəyik”

15 Dekabr 2016 11:42 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O, ATƏT xarici işlər nazirlərinin toplantısının keçirildiyi Hamburqda Aİ xüsusi nümayəndəsinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdüyünü söyləyib: "Biz ATƏT-lə bu məsələ ilə bağlı sıx əməkdaşlığı davam etdirəcəyik. Xüsusi nümayəndə bu il 5 dəfə Azərbaycanda olub və gələn il də Azərbaycana səfərləri gözlənilir".

AzNews.az