Estakadanın uçması nəticəsində itkin düşənlərin axtarışlarına başlanıb - FHN (Yenilənib)

15 Dekabr 2016 13:08 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, nazirliyin "Vixr-5" və "Vixr-8" gəmiləri artıq hadisə yerindədir, axtarışlar aparılır.

Axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin "Vixr-5" və "Vixr-8" gəmiləri, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin "Svetlomor-2" gəmisi, həmçinin, çətin hava şəraitinə baxmayaraq FHN-in Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.


AzNews.az