2 aptek yaran 19 yaşlı gənc saxlanıldı – Video + Foto

15 Dekabr 2016 12:36 (UTC+04:00)

ARB TV xəbər verir ki, Nəsimi rayonunda yerləşən apteklərdən birindən həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə yollanan mühafizə xidmətinin operativ qrupu aptekin giriş qapısının sındırıldığını və naməlum şəxsin obyektə girdiyini görüblər. Həmin şəxs Nəsimi rayon mühafizə xidmətinin əməkdaşlarını görüb qaçmaq istəsə də yaxalanaraq 20-ci polis bölməsinə təhvil verilib. Bölmədə onun kimliyi müəyyənləşdirilib. Bəlli olub ki, o Yevlax sakini 19 yaşlı Surac Bəkirovdur.

Sahib Vəliyev (rəis müavini) : "Üzərinə baxış keçirildiyi zaman aptekdən götürdüyü 1100 manat dəyərində nəğd pul, aptekə girmək üçün istifadə etdiyi küt alətlər və dəmir parçaları götürülərək Nəsimi RPİ-ə təhvil verilmişdir".

Surac Bəkirov (saxlanılan şəxs): "Aptek yarırdım. Pul çıxdı. Polislər gəlib tutdu məni".

Saxlanılan şəxsin həmin gün Nəsimi rayon Mərdanov qardaşları küçəsindəki daha bir aptekdən oğurluq etməyə cəhd etməsi də məlum olub.

AzNews.az