“Dedi ki, uşaqlara yaxşı bax” - İtən neftçilərin fotoları
15 Dekabr 2016 16:29 (UTC+04:00)
AzNews.az Azvision.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
.jpg)
İtkin düşən neftçi Güloglan Zülfüqarovun oğlu Elçin Zülfüqarovun AzVision.az-a verdiyi məlumata görə, atası dünən axşam saatlarında ailəsinə zəng vurub.
"Dünən axşam saatlarında atam evə zəng etmişdi. Dedi ki, növbəni təhvil verib. Səsini yaxşı eşidə bilmirdik. Hiss olunurdu ki, güclü külək əsir, atam çətinliklə danışdı".
İtkin düşən neftinin qardaşı Azay Zülfüqarov da ötən gün həyat yoldaşı ilə əlaqə saxlayıb.
Neftçinin xanımı Çimnaz Zülfüqarova AzVision.az-a bildirib ki, o, həyat yoldaşının sağ qayıdacağına inanır.
"Axşam saat 8-də Azaydan zəng gəldi. Uşaqlara görə çox narahat idi. Dedi ki, uşaqlara yaxşı bax. Onlar xəstələndiyi üçün Azayın keyfi yox idi. Uşaqlarımın iki-üç yaşları var. Allahın köməyi ilə hər şey yaxşı olacaq. Azay öz ailəsinin, uşaqlarının yanına qayıdacaq".
.jpg)

Qeyd edək ki, Zülfüqarov Azay və Zülfüqarov Güloglan qardaşdılar.