Yollara qum səpən yük maşını qəza törətdi - Bakıda

15 Dekabr 2016 18:06 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nobel prospektində baş verib. Prospektə qum səpən yük maşını idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.

Hadisə nəticəsində böyük tıxac yaranıb. Hazırda yük maşınının ərazidən götürülməsi və tıxacın aradan qaldırılması istiqamətində iş gedir.