“Ded Xasan“ı Tiflisdə dəfn etməyə kim icazə vermədi?

20 Yanvar 2013 22:01 (UTC+04:00)
Gürcüstanın baş prokuroru Arçil Kbilaşvili hökumətin kriminal avtoritet Aslan Usoyanın ailəsinə onun cənazəsinin Tiflisə gətirilməsinə icazə verməməsi xəbərinin yalan olduğunu bildirib.






AzNews.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, baş prokuror bununla başlı açıqlama verib: "Mən Aslan Usoyanın cənazəsi olan təyyarənin Tiflis hava limanında yerə enməsinə icazə verilməməsi informasiyasına malik deyiləm. Mərhum şəxs onun yaxınlarının istədikləri yerdə dəfn edilməlidir. Kriminal avtoritet olmaq burda vəziyyəti dəyişmir. Görünür Usoyanın qohumları onu Tiflisdə dəfn etmək istməyiblər".
Kbilaşvili həmçinin Gürcüstanın yeni hökumətinin kriminal ünsürlər və "Qanuni oğru"larla daha effektiv mübarizə aparacağını bildirib. Xatıırladaq ki, şənbə gühü "Ded Xasan"ın cənazəsi olan təyyarənin Tiflis hava limanında qəbul edilmədiyi və məcburən Moskvaya geri döndüyü məlumatı yayılmışdı. "Ded Xasan" isə yanvarın 17-də Moskvada snayperlə vurulmuşdu. Bu gün onun cənazəsi Moskvanın Xovansk məzarlığında dəfn edilib.


AzNews.az