71 yaşlı tənha qadın evində öldürülüb

15 Dekabr 2016 22:32 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, Gədəbəy rayonunun Qasımlı kənd sakini 71 yaşlı Səmayə Məmmədovanın yaşadığı evin həyətində meyiti aşkarlanıb.

Hadisə yerinə cəlb olunan polis və prokurorluq əməkdaşları meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertizasına təqdim ediblər. Müayinə zamanı meyitin üzərində bəzi xəsarətlərin aşkarlanması ilə qadının qətlə yetirildiyi müəyyən edilib. Hələlik tək yaşayan qadının hansı şəraitdə və kim tərəfindən öldürüldüyü məlum deyil.

Hüquq mühafizə orqanları bu istiqamətdə əməliyyat tədbirlərini davam etdirir.