Tanınmış azərbaycanlı mütəxəssis vəfat etdi

15 Dekabr 2016 23:45 (UTC+04:00)

ABOEMDA-nın mətbuat xidmətinin rəhbəri Rübabə Sahibin "APA Economics"ə verdiyi xəbərə görə, Ç. Fərəcov bir neçə saat öncə ürək tutmasından iş yerində dünyasını dəyişib.

Qeyd edək ki, Ç.Fərəcov bundan əvvəl Milli Məclisin şöbə müdiri, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri vəzifəsində çalışıb.

"Qızıl qələm" mükafatı laureatı olub. Ailəli olub, üç qızı və altı nəvəsi var.

Allah rəhmət eləsin

AzNews.az