Fransa BMT Təhlükəsizlik Şurasının iclasını çağırdı

16 Dekabr 2016 08:55 (UTC+04:00)

"Report" AFP-yə istinadən xəbər verir ki, iclas bu gün qapalı rejimdə keçiriləcək.
Əsas müzakirə mövzusu Suriyanın Hələb şəhərində hazırkı vəziyyət və onun yaxşılaşdırılması üçün görülə biləcək tədbirlər olacaq.

Görüşdə, həmçinin dinc sakinlərin təxliyə olunması və humanitar yardımın göstərilməsi müzakirə olunacaq.

AzNews.az