Saxta nömrəli “Lamborghini” ictimai “edama” məhkum edilib - VİDEO
16 Dekabr 2016 10:29 (UTC+04:00)
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Tayvanda baş verib. Yerli polis üç il əvvəl Forddan alınan qanunsuz nömrəyə görə "Lamborghini Murcielago SV" markalı maşını müsadirə edib. Bu müddət ərzində avtomobilin sahibi dəfələrlə apellyasiya şikayəti verərək maşını geri qaytarmağa çalışıb. Lakin onun bütün səyləri uğursuzluqla nəticələnib. Yerli hakimiyyət 190 nüsxədə məhdud tirajla buraxılmış avtomobili ictimai "edama" məhkum edib.