Yük maşını 2 avtomobili əzib, divarı deşdi: Yaralılar var - Video + Foto

16 Dekabr 2016 11:53 (UTC+04:00)

ARB TV xəbər veri ki, hadisə Xətai rayonu Nobel prospektilə Süleyman Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb.

Sürücüsünün idarəetməni itirməsi ilə "Shacman" markalı yük maşını "Mitsubishi" markalı minik avtomobili və "Ford" markalı mikroavtobusla toqquşub. "Schacman" yolun hərəkət istiqamətindən çıxaraq neft ayırma zavodunun ərazisinə keçib. Yük maşınının sürücüsü 24 yaşlı Masallı sakini Cavidan Nəzərli və onun sərnişini xəsarət alıb. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıblar.

AzNews.az