“İrandan gələnlərin sayı 58%, Qazaxıstandan gələnlərin sayı 15,8% artıb” - Nazir müavini

16 Dekabr 2016 12:14 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov "ASAN Viza" portalının təqdimat mərasimində deyib. Nazir müavini bildirib ki, Azərbaycana səfər edənlərin təqribən 70%-i ölkəmizlə vizasız sistemin tətbiq edildiyi xarici ölkələrdən gələn əcnəbidir.

N. Səmədov qeyd edib ki, elektron vizanın tətbiqindən sonra Azərbaycana Avropa ölkələrindən gələnlərin sayında artım baş verib: "Hazırda əsas məqsədimiz nəinki beynəlxalq statuslu hava limanlarında, ümumilikdə bütün dövlət sərhəd-keçid məntəqələrində vizanın verilməsi imkanlarının yaradılmasıdır".

AzNews.az