Tramp Ağ Evin mətbuat katibini “axmaq” adlandırdı

16 Dekabr 2016 12:33 (UTC+04:00)

AzNews.az CNN telekanalına istinadən xəbər verir ki, Tramp onu Demokratlar partiyasına qarşı kiber hücumlarda iştirak etməkdə günahlandıran Ernesti "axmaq oğlan" adlandırıb.

Trampın sözlərinə görə, Ağ Evin mətbuat katibi öz vəzifəsini çox pis yerinə yetirir. O hətta Ernestin prezident Barak Obamanın xəbəri olmadan açıqlama verə biləcəyini ehtimal edib:
"Heç bilmirəm, bu axmaq oğlan, prezident Barak Obamayla danışır ya yox. Düzgün mətbuat katibinin olması çox vacibdir. Çünki o, (Ernest) məlumat ötürmək barədə çox pisdir."

Ötən gün müntəzəm keçirilən brifinq zamanı Ağ evin mətbaut katibi Coşua Ernest Rusiyanın kiberməkanda qərəzli fəaliyyətindən Trampın xəbərdar olması barədə açıqlama verib. Bildirib ki, bu kiber hücumlar Trampa kömək edərək, Klintonun seçki öncəsi kampaniyasına xələl gətirib.

Aydan