Rəsul Quliyev Ankarada görüşlər keçirir - EKSKLÜZİV

18 Yanvar 2013 17:17 (UTC+04:00)


Eks-spiker dünən Türkiyəyə səfər edib. Bu barədə AzNews.az-a Açıq Cəmiyyət Partiyasındakı (ACP) mənbə məlumat verib. Əldə etdiyimiz informasiyaya görə, eks-spiker Rəsul Quliyev burada ACP sədri Sülhəddin Əkbərlə görüşüb.

R.Quliyev həmçinin Türkiyədə bir sıra tədbirlərə qatılıb və ictimai-siyasi şəxslərlə görüşüb. Qeyd edək ki, eks-spikerin Türkiyə səfəri sabah başa çatır.



İlkin
AzNews.az