Küləyin uçurduğu köşk tapıldı - Operativ qərargahın xəbəri yoxdur

16 Dekabr 2016 16:16 (UTC+04:00)

AzNews.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, 15.12.2016-cı il tarixində güclü külək nəticəsində "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verən hadisədə itkin düşən neftçilərin axtarış işləri davam etdirilir.

Bu gün axtarış işlərinə əlavə dalğıc gəmiləri cəlb olunmuş, vertalyot və gəmilərin sayı artırılıb. Hadisə baş verən ərazidə suyun dibində küləyin uçurduğu yaşayış budkası aşkar edilib, dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparıblar. Hadisə zamanı itkin düşən neftçilərdən hec biri yaşayış budkasında olmayıb. Hazırda budkanın sudan çıxarılaraq gəmiyə qaldırılması prosesi davam edir.

Maraqlıdır ki, faciyə ilə əlaqədar yaradılmış operativ qərargahdan AzNews.az-a bildirdilər ki, köşkün tapılması ilə bağlı onlarda heç bir məlumat yoxdur.