Xəzərdə estakadada baş vermiş qəza ilə bağlı cinayət işi başlanıb

16 Dekabr 2016 19:13 (UTC+04:00)

AzNews.az Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, istintaqın aparılması Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmaqla hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.