Şamaxı qarın əsirinə çevrildi – VİDEO - FOTOLAR

16 Dekabr 2016 20:07 (UTC+04:00)

AzNews.az ARB-yə istinadən xəbər verir ki, şəhərin bir neçə küçəsində avtomobillər çətinliklə hərəkət edib. Qar əsasən, magistral yollara və rayonun bir neçə dağ kəndlərinə gedən yola ciddi təsir edib. Şamaxı-Ağsu dolaylarını buz bağlaması səbəbindən bəzi sürücülər yolda qalıb. Artıq iki gündür ki, Şamaxı-Pirqulu yolunda da qar səbəbindən hərəkət çətinləşib. Şamaxının Pirbəhli və Zaratxeybər kəndlərinə bir neçə saatlıq avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Yol qardan təmizləndikdən sonra hərəkət yenidən bərpa edilib. Səhər saatlarından etibarən yollar əraziyə cəlb olunmuş texnika və canlı qüvvənin köməyi ilə təmizlənib, qum-duz qarışığı tökülüb.

Avtomobillərin hərəkətini təmin etmək məqsədilə gecədən etibarən növbəli şəkildə yollar nəzarətdə saxlanılır. Hazırda sözügedən yollarda avtomobillər rahat şəkildə hərəkət edir.