Xəzərdə qəza baş verən ərazidə suyun dibində tapılmış köşk gəmiyə qaldırılıb

16 Dekabr 2016 21:04 (UTC+04:00)

AzNews.az Socar-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, köşk 3 saylı Neft Yığım Məntəqəsinin yaşayış budkası olmadığı müəyyən edilib. Məlum olub ki, tapılıb sudan çıxarılan və gəmiyə qaldırılan köşk soyunub-geyinmə köşküdür.

Axtarış işləri davam etdirilir.