Leyla Əliyeva təqdimat mərasimində - Fotolar

16 Dekabr 2016 22:54 (UTC+04:00)

AzNews.az Azərtac-aistinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

Əvvəlcə qonaqlar filarmoniyanın foyesində Arif Məlikovun kitablarından ibarət sərgisi ilə tanış olublar. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Arif Məlikovun yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi dəyərli töhfələrdən danışıb.

Bəstəkarın bu gün təqdimatı keçirilən 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" dövlətimizin başçısının dəstəyi sayəsində ərsəyə gəlib.

Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Dövlət Xor Kapellasının ifasında Arif Məlikovun "Vətən" vokal-simfonik poeması və "Təzadlar" adlı 6-cı simfoniyası səsləndirilib. Orkestri Xalq Artisti Rauf Abdullayev idarə edib.