Rusiyada ağır yol qəzası - 5 nəfər öldü, 8 nəfər xəsarət aldı
17 Dekabr 2016 09:38 (UTC+04:00)
APA-nın məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin region üzrə İdarəsinin saytında yerləşdirilən xəbərdə bildirilir ki, Sankt-Peterburq-Nevel yolunda "Mazda" markalı avtomobil qarşı yola çıxaraq "Renault" markalı yük maşını ilə toqquşub.
Beş nəfər hadisə yerində ölüb, səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Araşdırma aparılır.
AzNews.az