Azərbaycan elektromaqnit impulslu silahlar istehsal edəcək

17 Dekabr 2016 10:18 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib. Nazir bildirib ki, silahların istehsalı istiqamətində danışıqlar başlayıb və yaxın illərdə istehsalı nəzərdə tutulub: "Bu silahlar 2 km məsafədə düşmənin radio-elektron qurğularını sıradan çıxaracaq".

Nazir deyib ki, Azərbaycanın əsas məqsədi uzaq mənzilli raketlərin istehsalıdır. Bu istiqamətdə dünyanın hərbi şirkətləri ilə danışıqlar aparılır.