2 nəfər əhalinin gözü qarşısından edam edildi - FOTO

20 Yanvar 2013 19:34 (UTC+04:00)
İranın paytaxtı Tehran şəhərində bu gün səhər saatlarında 2 nəfər əhalinin gözü qarşısında edam edilib.

APA-nın məlumatına görə, silahla insanların qarşısını kəsib soyğunçuluq etməkdə təqsirləndirilən dörd nəfərdən ikisi ölüm, digərləri isə sürgün cəzasına məhkum edilib.

Məhkəmənin edam hökmü çıxardığı 2 gənc Tehranın "Sənətçilər" parkında asılıb.

Qeyd edək ki, İran edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.