Məşhur yazıçı özünü 9-cu mərtəbədən atdı

20 Yanvar 2013 23:08 (UTC+04:00)
Tanınmış Belarus yazıçısı və jurnalist Yuri Gumenyuk Qrodno şəhərində ölüb.


Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, o, özünü anası ilə yaşadığı evin yaxınlığındakı yataqxananın 9-cu mərtəbəsindən atıb.


Y. Gumenyuk son 2 ildə Polşa radiosunun Belarus xitməti ilə əməkdaşlıq edirmiş.


O, Belarus Yazıçılar İttifaqı və Belarus PEN-mərkəzinin üzvü idi.



Yazıçı 2011-ci ildə ölkədə keçirilən etiraz aksiyalarında iştirak etdiyinə görə, 12 sutka həbs cəzası almışdı. /musavat.com/