Əsgər ölümünə Türkiyədə də etiraz etdilər

21 Yanvar 2013 00:43 (UTC+04:00)
Azərbaycandakı əsgər ölümlərinə etiraz məqsədilə yanvarın 19-da Türkiyənin İstanbul şəhərində aksiya keçirilib.

Taksim meydanında keçirilən aksiyanın təşkilatçıları tələbə-gənclər olub. Aksiyaçılar əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib. Daha sonra Azərbaycanda əsgərlərin qeyri-döyüş şəraitində ölməsindən narahat olduqlarını bildiriblər. Onlar "Əsgər ölümlərinə son!" şüarları səsləndirib, bu məzmunda plakatlar və Azərbaycan bayraqlarını qaldırıblar.

Aksiyanın sonunda iştirakçıların Azərbaycan prezidenti İlham Əliyevə Ali Baş Komandan kimi ünvanladıqları müraciət oxunub./azadlıq.info/